...

Azərbaycanın qadınlardan ibarət voleybol yığması Avropa Qran-Prisinə hazırlaşmağa başlayıb

Cəmiyyət Materials 14 Sentyabr 2006 17:21 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması sentyabrın sonunda Varnada keçiriləcək Avropa Qran-Prisinin seçim turnirinə hazırlaşmağa başlayıb.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəyli Trend ə bildirib ki, komanda məşq etmək üçün Qubaya yola düşüb və burada İsveçrənin "Volero" klubu ilə bir neçə sınaq görüşü keçirəcək. "Qısamüddətli məzuniyyətdən sonra voleybolçular yenə də bir yerə toplaşıb və Faiq Qarayevin rəhbərliyi altında məşq edəcəklər. İdmançılar yaxşı formadadır, onların ciddi zədəsi yoxdur, ona görə də Qubadakı məşqlər kifayət qədər səmərəli olmalıdır", - deyə Z.Gözəlbəyli qeyd edib.

Qeyd etmək lazımdır ki, gələcək yarış oktyabr ayında Yaponiyada keçiriləcək Dünya çempionatı ərəfəsində sonuncu böyük start olacaq.

Xəbər lenti

Xəbər lenti