...

Həcc ziyarətinə getmək istəyən təxminən 800 nəfər QMİ-yə müraciət edib

Cəmiyyət Materials 19 Sentyabr 2006 14:45 (UTC +04:00)

Növbəti Həcc mövsümü üzrə sənədlərin qəbuluna başlandıqdan bəri Qafqaz Müsəlmanları İdarəsinə ziyarətə getmək istəyən təxminən 800 nəfərin ərizəsi daxil olub. Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

Onlardan 510 nəfəri ziyarətə avtobuslarda, yerdə qalanlar isə təyyarələrdə gedəcək. Ərizə qəbulu oktyabrın 1-dək keçiriləcək. Artıq QMİ-də sənədlərin rəsmiləşdirilməsinə və ziyarətlə bağlı məsələlələrin həllinə başlanılıb.

İdarədən qeyd olunub ki, Səudiyyə Ərəbistanı bu il Azərbaycan üçün 4500 yerlik kvota, ölkə ərazisində yaşayan xaricilər üçün isə daha 200 yer ayırıb. Bu il qiymətlərdə müəyyən dəyişikliklər var. Belə ki, bu il zəvvarların böyük hissəsi Həccə avtobuslarla gedəcək və bu, onlara 1350 dollara (ötən mövsüm - $1320) başa gələcək. Həccə "Boinq 737" təyyarələrində getmək istəyənlər isə $ 2200 ($2100) ödəyəcək.

Xəbər lenti

Xəbər lenti