Azərbaycanın şahmat yığması Çernoqoriyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində bir gümüş və üç bürünc mükafat qazanıb.
Trend in xəbər verdiyi kimi, 14 yaşadək şahmatçılar kateqoriyasında ikinci yeri Vasif Durarbəyli tutub. Sonuncu turda o, ukraynalı Yaroslav Jerebuxa məğlub olub və ikinci yerə enərək liderliyi əldən verib. 16 yaşlı Vüqar Rəsulov da yarışda çıxışını bir qədər uğursuzluqla başa vurub. Sonuncu oyun günündə o, ukraynalı Martın Kravtsevə məğlub olaraq 3-cü yerdə qərarlaşıb.
12 yaşadək şahmatçılar arasında Ülvi Bacarani də bürünc medala sahib olub. 16 yaşlılar arasında isə Gülnar Məmmədova 3-cü yerlə kifayətlənib.