Azərbaycanın futzal yığması sentyabrın 26-27-də Portuqaliyada bu ölkənin milli komandası ilə iki yoldaşlıq görüşü keçirəcək.
Yığmanın baş məşqçisi Elman Ələkbərovun Trend ə verdiyi məlumata görə, qarşıdakı oyunlar onun yetirmələri üçün bu ilin ilk beynəlxalq görüşləri olacaq. "Dünya üzrə cari reytinq vərəqəsində rəqiblərimiz ikinci yeri tutur və dünya futzalında qayda qoyan komandalardan biri hesab olunur. Buna görə də oyunçularımızın özlərinin ən yaxşı keyfiyyətlərini göstərmək üçün stimulu olacaq", - deyə məşqçi vurğulayıb.
Qeyd etmək lazımdır ki, yığmanın əsasını Ağatahir Əzimov, Rizvan Fərzəliyev, Natiq və Namiq Məmmədkərimov qardaşları kimi təcrübəli futzalçılar təşkil edib.