...

Abşeronda Yaponiya səfirliyinin vəsaiti hesabına tikilmiş məktəbin açılışı olub

Cəmiyyət Materials 27 Sentyabr 2006 14:00 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, sentyabrın 27-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Yaponiya höumətinin "İnsan təhlükəsizliyi və ot kökləri" qrant proqramı çərçivəsində inşa edilmiş orta məktəbin açılışı olub.

Yaponiyanın Azərbaycandakı səfirliyi və respublikanın "Avand" QHT arasında layihənin gerçəkləşdirilməsi haqqında müqavilə 2005-ci ilin dekabrında imzalanıb. Layihənin ümumi dəyəri $92 420 təşkil edir. Layihə Ceyranbatan qəsəbəsində yaşayan 500-dək şagirdin təhsil şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Azərbaycan hökuməti bunun üçün $53 min vəsait sərf edib.

Azərbaycanda "İnsan təhlükəsizliyi və ot kökləri" proqramı 2000-ci ildən gerçəkləşdirilir. Bu barədə Yaponiya səfiri Tadahiro Abe məktəbin açılış mərasimində çıxışı zamanı bəyan edib. Onun sözlərinə görə, indiyədək proqram çərçivəsində ümumi büdcəsi təxminən $4,7 mln olan 74 layihə həyata keçirilib. Layihələr sosial sahələrin, xüsusilə təhsil, səhiyyə və infrastrukturun inkişafına yönəldilib. Müstəqillik əldə etdiyi dövr ərzində Yaponiya hökuməti ölkəyə təxminən $ 700 mln məbləğində yardım göstərib.

Bu il Abşeron rayonunda 10 orta məktəb inşa edilir, bunların 6-sı dövlət, 3-ü Heydər Əliyev Fondu, 1-i isə Yaponiya hökuməti tərəfindən tikilir", - deyə Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcov bildirib. Onun sözlərinə görə, gələn il daha 13 məktəbin inşası planlaşdırılır. Bununla da Abşeron rayonunda məktəblərin inşası dövlət proqramının gerçəkləşdirilməsi prosesi başa çatacaq.

Xəbər lenti

Xəbər lenti