...

Azərbaycan QİƏT ölkələri ilə təhsil sahəsində əməkdaşlığı intensivləşdirmək niyyətindədir

Cəmiyyət Materials 28 Sentyabr 2006 15:39 (UTC +04:00)

Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı intensivləşdirmək niyyətindədir. Ölkənin Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, strukturda təşkilata üzv ölkələrlə əməkdaşlıq templərinin sürətləndirilməsi üzrə konsepsiya hazırlanıb.

Konsepsiya elmi əlaqələrin intensivləşdirilməsi, elmi tədqiqatlar zamanı əldə olunmuş nailiyyətlər mübadiləsi, müasir informasiya texnologiyalarından istifadə etmək, təhsil haqqında sənədləri, alimlik dərəcələrəni qəbul etmək üçün təhsil standartlarının uyğunlaşdırılması, təhsil müəssisələrinin tələbə və əməkdaşları üçün səyyar təhsil imkanı yaradılmasını nəzərdə tutur.

Xatırladaq ki, QİƏT-ə 11 ölkə daxildir: Azərbaycan, Türkiyə, Rumıniya, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Rusiya və Ermənistan.

Xəbər lenti

Xəbər lenti