Hüquq müdafiəçiləri Ədliyyə Nazirliyinə cəzaçəkmə yerlərində kütləvi monitorinqlərin və maarifləndirmə işlərinin aparılmasını təklif edir. Bu barədə Trend ə sentyabrın 29-da Penitensiar Sistemə İctimai Nəzarət Komitəsinin ictimai komissiyasının iclası barədə məlumat verən hüquq müdafiəçisi Səidə Qocamanlı söyləyib.
S.Qocamanlının sözlərinə görə, iclasda təşkilati məsələlərə baxılıb və ictimai komitənin qeyri-hökumət təşkilatlarından olan üzvləri gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə, yəni penitensiar sistemə nəzarət məqsədilə bağlı öz təkliflərini səsləndiriblər. Həmin təkliflərə oktyabrın 6-da keçiriləcək İctimai Komitənin ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə (F.Məmmədov eyni zamanda İK-nin sədridir) keçiriləcək iclasda baxılacaq və məqsədəuyğun təkliflər təsdiqlənəcək.