...

Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurasının Fondu yaradılacaq

Cəmiyyət Materials 3 Oktyabr 2006 17:03 (UTC +04:00)

Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurasının Fondu yaradılacaq. Trend xəbər verir ki, bu barədə Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurasının sədri Fazil Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə bağlı oktyabrın 3-də keçirdiyi mətbuat konfransında bildirib.

F.Əliyev adıçəkilən fondun yaradılması barədə danışaraq bildirib ki, fondda bu günədək Gürcüstanda azərbaycanlılara qarşı aparılan repressiya nəticəsində oğurlanan, öldürülən və xəsarət alan soydaşlarımız haqqında sənədlər toplanılacaq. F.Əliyev yeni zamanda soydaşlarımızın hələ də bəzi dövlət məmurları tərəfindən təzyiqlərə məruz qaldığını deyib. Vurğulayıb ki, soydaşlarımızın kompakt yaşadığı Kvemo-Kartli quberniyasında vəziyyət daha acınacaqlıdır.

Xəbər lenti

Xəbər lenti