...

Azərbaycanlı gimnast Dinara Gimatova Həştərxan turnirində üç medal qazanıb

Cəmiyyət Materials 4 Oktyabr 2006 15:20 (UTC +04:00)

Azərbaycanlı gimnast Dinara Gimatova Həştərxanda keçirilmiş "Xəzər " ənənəvi beynəlxalq turnirdə üç medal qazanıb.

Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, o, lentlə olan final kompozisiyasını nöqsansız yerinə yetirərək, birinci yeri tutub. Beynəlxalq kateqoriyalı hakimlər onun gürzlərlə bir yarım dəqiqəlik tapşırığını da layiqincə qiymətləndiriblər. Lakin onların verdiyi qiymətlə gimnast yalnız ikinci yeri tuta bilib.

Və nəhayət şəxsi çoxnövçülükdə Dinara Gimatova həmçinin iplə və topla olan tapşırıqların öhdəsindən gəlib və nəicədə o, Rusiyadan olan Yuliya Qolubenko ilə 1-2-ci yerləri bölüşdürüb. Üçüncü yeri isə daha bir rusiyalı Yana Seledçik tutub.

"Astraxanda uğurlu çıxış mənə yenə də öz gücümə inanmağa və əvvəlki yarış səviyyəsinə çıxmağa yardım edəcək", - deyə gimnast turnirdən dərhal sonra bildirib.

Qeyd edək ki, Gimatova üçün növbəti start Udində (İtaliya) beynəlxalq turnir olacaq və oktyabrın 13-15-də bura planetin ən güclü gimnastları toplaşacaq.

Oktyabrın 7-8-də Helsinkidə keçiriləcək yarışda isə Aliyə Qarayeva çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti