...

Belorus Respublikasının idman və turizm naziri Bakıya gəlir

Cəmiyyət Materials 10 Oktyabr 2006 17:00 (UTC +04:00)

Oktyabrın 11-13-də Belorus Respublikasının idman və turizm naziri Aleksandr Qriqorov Bakıya səfər edəcək. Bu barədə Trend ə Belorus Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi Kirill Kamışev məlumat verib.

Azərbaycana səfəri çərçivəsində nazir oktyabrın 12-də Bakıda keçiriləcək Beynəlxalq Bok Federasiyasının İcraiyyə komitəsinin toplantısında iştirak edəcək.

Belorusun idman və turizm nazirinin səfər proqramına həmçinin mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və gənclər və idman naziri Azad Rəhimovla görüşlər də daxildir. Diplomat bildirib ki, tərəflər müvafiq sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti