...

Hacı Məmmədovun məhkəməsində Kamil Sədrəddinovun ifadələrindəki ziddiyyətlər araşdırılıb

Cəmiyyət Materials 12 Oktyabr 2006 18:01 (UTC +04:00)

Oktyabrın 12-də Hacı Məmmədov məhkəmədə bildirib ki: "bizim bandanı himayə edən rəhbərlərdən birinin adını Kamil Sədrəddinov çəkdi, digərinin isə adını çəkməyin hələlik vaxtı deyil". Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Dövlət ittihamçısı Bəşir Cəfərov məhkəmə qarşısında vəsatətlə çıxış edərək digər təqsirləndirilən şəxs - DİN Baş Cinayət Axtarış İdarəsinin Əmlak Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinin keçmiş rəisi Kamil Sədrəddinovun ibtidai istintaq və məhkəmə ifadələri arasındakı ziddiyyətlərin araşdırılmasını xahiş edib. Vəsatət məhkəmə tərəfindən təmin olunduqdan sonra ziddiyyətlər araşdırılıb.

K.Sədrəddinov bir daha məhkəmənin nəzərinə çatdırıb ki, ittihamları qəbul etmədiyinə görə ibtidai istintaq zamanı müstəntiqin suallarını cavablandırmaqdan imtina edib. "Məhkəmədə də bəyan edirəm ki, mənim Hacı Məmmədovun cinayətlərindən xəbərim olmayıb. Qoy bu barədə onu himayə edənlər danışsınlar" - deyə K.Sədrəddinov bildirib.

Xəbər lenti

Xəbər lenti