...

Bakıda AİBA prezidenti Kubokunnu lisenziya statusu ləğv edilib

Cəmiyyət Materials 13 Oktyabr 2006 13:12 (UTC +04:00)

Hər il Bakıda keçirilən Ümumdünya Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudri Kubokunun lisenziya statusu ləğv edilib.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin reqlamenti bir ölkədə dalbadal iki Olimpiada dövrü ərzində eyni idman növü üzrə seçmə yarışların keçirilməsinə imkan vermir. "Məlumdur ki, 2004-c ilin Afina oyunları ərəfəsində turnirimiz lisenziya statusu əldə etmişdi. Ancaq bu dəfə dəri əlcək ustalarımız Oyunlara digər ölkələrdə vəsiqə qazanacaq", - deyə A.Əbiyev nəzərə çatdırıb.

Xatırladaq ki, Yunanıstan Olimpiadasında Azərbaycan yığması 11 çəki kateqoriyasından 9-u ilə təmsil olunmuşdur.

Xəbər lenti

Xəbər lenti