...

Azərbaycan və Belarus 2007-2008-ci illərdə turizm sahəsində əməkdaşlıq porqramını imzalayıb

Cəmiyyət Materials 13 Oktyabr 2006 13:40 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Bakıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Belarusun İdman və Turizm Nazirliyi arasında 2007-2008-ci illərdə turizm sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və Belarusun idman və turizm naziri Aleksandr Qriqorov imzalayıb. Sənəd hər iki ölkə hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişin icrası məqsədilə imzalanıb. Proqram turizm, turizm ehtiyatları, mal və infrastrukturların normativ-hüquqi tənzimlənməsini, turizm marketinqi, təhsil sahəsində təlim və araşdırmaların aparılmasını, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və s. nəzərdə tutur.

Ə.Qarayev bu proqramın imzalanmasını iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənməsi üçün yeni təkan kimi qiymətləndirib. O, əminliyini bildirib ki, yaxın vaxtlarda hər iki ölkə vətəndaşlarının qarşılıqlı turist səfərlərinin statistikası artacaq. "Azərbaycan turizm sənayesinin inkişafı mərhələsindədir və biz bu sahədə digər dövlətlərin, o cümlədən Belarusun təcrübəsindən istifadə etmək niyyətindəyik", - deyə nazir qeyd edib.

Belarusun idman və turizm naziri ölkəsinin Azərbaycanla hərtərəfli, o cümlədən turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, bu sahədə təcrübə ilə bölüşməyə, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti əlaqələndirməyə, kadr hazırlığı, turistlərin uçotunun aparılması, turizm mallarının inkişaf etdirilməsi və s. məsələlərdə Azərbayana kömək etməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti