...

Vakant hakim vəzifələrinə imtahanların ikinci mərhələsi noyabr ayına planlaşdırılıb

Cəmiyyət Materials 13 Oktyabr 2006 15:21 (UTC +04:00)

Azərbaycanda vakant hakim vəzifələrinə imtahanlarının ikinci mərhələsi noyabr ayına planlaşdırılıb. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Hazırda Hakimlərin Seçki Komitəsi ilə Məhkəmə Hüquq Şurası texniki məsələlərlə bağlı müzakirələr aparır. İmtahanın ikinci mərhələsi hüquqi mövzuda inşa yazmaqdan ibarət olacaq. Hələlik imtahanın yeri müəyyən olunmayıb. Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi Məhkəmə Hüquq Şurasına bir neçə variant təklif edib. Həmin variantlar üzərində müzakirələr aparılır.

Qeyd edək ki, oktyabrın 1-də Əl Oyunları Sarayında keçirilmiş vakant hakim vəzifələrinə namizədlərin ilk imtahanı test üsulu ilə keçirilib və 608 namizəddən yalnız 308-i imtahanın ikinci fazasına vəqisə qazanıb.

Xəbər lenti

Xəbər lenti