...

Oktyabrın 15-də Azərbaycanın futbol çempionu "Bakı" klubuna qızıl medalların təqdim edilməsi mərasimi keçiriləcək

Cəmiyyət Materials 14 Oktyabr 2006 13:24 (UTC +04:00)

Oktyabrın 15-də Azərbaycanın futbol çempionu "Bakı" klubuna qızıl medalların təqdim edilməsi üzrə rəsmi mərasim keçiriləcək.

Trend in məlumatına görə, bu əsl şou olacaq mərasimdə estrada ulduzları da iştirak edəcək. Səbəbkarlarla yanaşı, mərasimə AFFA nümayəndələri, Ali Liqanın digər klub rəhbərləri, futbol veteranları, o cümlədən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da dəvət olunub. Maraqlıdır ki, "Bakı" ilk dəfədir ki, Milli birinciliyi qazanıb və bu yüksək titulu komanda artıq cari çempionatda da qorumalı olacaq.

Xatırladaq ki, oynanılmış 7 turdan sonra "Bakı" klubu turnir cədvəlində 2-ci yerdədir və lider "Xəzər" klubundan 3 xal geri qalır.

Xəbər lenti

Xəbər lenti