...

Zakir Nəsirov: "Rövşən Əliyevlə münasibətim haqqında Hacı Məmmədovun dedikləri yalandır"

Cəmiyyət Materials 16 Oktyabr 2006 19:19 (UTC +04:00)

Oktyabrın 16-da Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxs qitsmində dindirilmiş DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov bildirib ki, onunla Baş Prokurorluğun kriminalast prokuroru Rövşən Əliyev arasında gərgin münasibətlərin olması barədə məhkəmədə deyilənlər yalandır. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə davam etdirilib.

"Hacı Məmmədov məhkəmə ifadəsində göstərib ki, guya o, Rövşən Əliyevi öldürmək barədə təklif verəndə mən bu təklifi dəstəkləmişəm və bildirmişəm ki, Rövşəni öldürsən çoxları sənə təşəkkür edər. Bəyan edirəm ki, bu, Hacının uydurmasıdır və o, mənim yanımda heç vaxt belə bir təklif səslənqdirməyib. O ki qaldı Rövşən Əliyevlə münasibətlərimə, mən onu hələ mərhum Fərəməz Maqsudovun kürəkəni ilə bağlı DİN-də və Baş Prokurorluqda aparılan istintaq vaxtından tanıyıram. Biz eyni istintaq qrupunun üzvü idik. Mənim Rövşən Əliyevlə son vaxta qədər normal münasibətim olub"-deyə Zakir Nəsirov bildirib.

Z.Nəsirov həmçinin məhkəmədə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi işləmiş Azər İsmayılovla da bağlı ifadə verib. O, bildirib ki, Azər İsmayılovun itkin düşməsi ilə bağlı araşdırma apararkən onun qadınlara meylli olması faktını aşkarlayıblar və H.Məmmədovun bacısının gəlini Lalə Əliyeva ilə münasibətlərini araşdırıblar.

"Məndə şübhə yaranmışdı ki, Azər İsmayılovun itkin düşməsində Hacı Məmmədovun əli var. Amma eyni zamanda fikirləşidim ki, əgər Azər İsmayılov Lalə Əliyeva ilə münasibətlərinə görə qisas məqsədilə oğurlanıbsa, nəyə görə bunu Hacı Məmmədov etməliydi. Ən yaxşı halda bu məsələ ilə Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyev məşğul olmalı idi"-deyə Z.Nəsirov bildirib.

Z.Nəsirov Mehman Səmədov və Novruz İsmayılov adlı şəxslərin öldürülməsi epizodlarına toxunub: "Mən inanmıram ki, bu şəxsləri adlarına alınmış telefondan cinayətlərdə istifadə edildiyinə görə öldürüblər. Bu adamlar Saray qəsəbəsindəki qəbristanlığın gözətçiləri idi. Həmin qəbristanlıqda da qeydiyyatdan keçməmiş meyidlər dəfn olunub. İndiyə qədər də həmin cəsədlər üzə çıxarılmayıb və araşdırma aparılmayıb. Əgər araşdırma aparılsaydı, Hacı Məmmədovun başçılıq etdiyi bandanın daha çox üzvü həbs olunardı".

Məhkəmə iclası oktyabrın 17-də Z.Nəsirovun dindirilməsi ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti