...

26-31 oktyabrda "Qara geyimli qadınlar, Belqrad" təşkilatı nümayəndələrinin Azərbaycana və Gürcüstana səfəri olacaq

Cəmiyyət Materials 19 Oktyabr 2006 15:00 (UTC +04:00)

Oktyabrın 26-da sülhpərvər missiya ilə "Qara geyimli qadınlar, Belqrad" təşkilatının serb qadınlarından ibarət nümayəndə heyəti Bakıya gələcək. Almaniyanın "Henrix Böll" fondundan Trend-ə verilən xəbərə görə, həmin gün təşkilatın rəhbərləri Yelena Markoviç və Slavika Stoyanoviç Beynəlxalq Mətbuat Mərkəzində "Daim tabe olmayan" ("Always disobedient") filminin nümayişini keçirəcəklər.

Sonra Tiflisdəki "Qafqaz evi"ndə bu filmin nümayişi təşkil olunacaq.

Oktyabrın 31-də isə "Henrix Böll" fondunun Tiflisdə yerləşən ofisində seminar keçirib, Balkan bölgəsindəki münaqişələrdə qazandıqları sülh təcrübəsini cənubi qafqazlılarla bölüşəcəklər.

Xəbər lenti

Xəbər lenti