...

Hakimliyə namizədlərlə test imtahanının nəticələri apellyasiya zamanı təsdiqini tapıb

Cəmiyyət Materials 20 Oktyabr 2006 12:18 (UTC +04:00)

Hakimliyə namizədlərlə test imtahanının nəticələri apellyasiya zamanı təsdiqini tapıb. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Oktyabrın 1-də 609 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilib, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan nəticələrinin yoxlanılması namizədlərin gözü qarşısında təşkil olunub.

Tam şəffaf şəraitdə, ən yüksək standartlara uyğun keçirilmiş bu imtahan müşahidəçilər, kütləvi informasiya vasitələri nümayəndələri tərəfindən axıradək izlənilib və yüksək dəyərləndirilib.

İmtahan nəticələrinin apelyasiya qaydasında yoxlanılması barədə cəmi 3 nəfər hakimliyə namizəd müraciət edib və onların müraciətlərinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Hakimlərin Seçki Komitəsi tərəfindən açıq apellyasiya qaydasında baxılıb.

Apellyasiya zamanı cavab kartları, suallar və onların cavabları mütəxəssislər və namizədlərin özləri tərəfindən bir daha yoxlanılıb, imtahan nəticələrinin düzgün hesablandığı müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti