CNN telekanalı Azərbaycanın turizm imkanları haqqında reklam çarxını yayımlamağa başlayıb. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Gündə iki dəfə - Bakı vaxtı ilə saat 13.10 və 17.10-da Rusiyanın NTV kanalının çəkdiyi 45 saniyəlik reklam çarxı yayımlanacaq. CNN rəhbərliyi ilə əldə olunmuş razılığa görə, kanal çarxı 3 ay ərzində yayımlayacaq, bir qədər ara verdikdən sonra isə yazdan başlayaraq, çarxın yayımlanmasını bərpa edəcək.
Reklam çarxı Azərbaycanın turizm potensialını əks etdirir, onu şərq və qərb sivilizasiyalarının birləşdiyi bir ölkə kimi təqdim edir.