...

Azərbaycanın ədliyyə naziri Çindədir

Cəmiyyət Materials 26 Oktyabr 2006 14:07 (UTC +04:00)

Azərbayanın ədliyyə naziri Fikrət Məmmədov Çin Xalq Respublikasına rəsmi səfərdədir. Bu barədə Trend ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Fikrət Məmmədovun Çinin ədliyyə naziri ilə görüşü planlaşdırılıb. Görüşdə iki ölkənin ədliyyə orqanları arasında müxtəlif aktual hüquqi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanla Çinin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında 2005-ci ilin mart ayında Pekin şəhərində saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti