...

BDU məzunları Bakıda BMT TŞ-nin "iclasında" İranın nüvə proqramını müzakirə edəcək

Cəmiyyət Materials 26 Oktyabr 2006 15:53 (UTC +04:00)

Oktyabrın 27-də BMT-nin Azərbaycandakı ofisi Bakı Dövlət Universitetinin (BDU) müxtəlif fakültələrinin məzun və aspirantlarından ibarət qrupla birgə BMT Konfransı modelini (Model UN Conference) qəbul edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə BMT-nin Azərbaycandakı ofisinin məlumatında deyilir.

Təhlükəsizlik Şurasının bu modeli diqqəti İranın nüvə proqramı üzərində cəmləşdirəcək. Təhlükəsizlik Şurasının 15 ölkəsini təmsil edən tələbələrin "qətnamə" qəbul edilənədək bir sıra danışıqlar aparması planlaşdırılır.

BMT həftəsinə həsr olunmuş bu hadisə Təhlükəsizlik Şurasının iclasına stimul verəcək.

Diskussiyalarda maraqlı tərəflərin, məsələn, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (International Atomic Energy Agency) nümayəndələri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti