...

Tiflisdə KİV nümayəndələri üçün transsərhəd suları ilə bağlı regional seminar keçiriləcək

Cəmiyyət Materials 27 Oktyabr 2006 15:37 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Cənubi Qafqaz suları proqramı jurnalistləri su resursları məsələlərinə dair seminarda iştirak etməyə dəvət edir. Trend in xüsusi müxbirinin məlumatına görə, seminar noyabrın 6-10-da Tiflisdə "İnternyus" fondunun ofisində keçiriləcək.

Fonddan bildirilib ki, Azərbaycan, Gürcüstan və Ermənistandan olan jurnalistlər regional sularla bağlı məsələ barədə məlumat alacaq və bu sahədə peşə təcrübələrini artıracaq.

Seminarı ABŞ, Böyük Britaniya və Norveçin tanınmış jurnalistləri aparacaq.

Treninqdən sonra jurnalistlər regional sular mövzusunda məqalələr hazırlayacaq və dərc edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək.

Xəbər lenti

Xəbər lenti