Avropanın bir sıra aparıcı futzal klubları "Araz"ın forvardı Vitaliy Borisovla maraqlanırlar.
Trend xəbər verir ki, bir sıra xarici komandaların skautları Portuqaliyaya qarşı yoldaşlıq görüşlərində futzalçının oyununu bəyəniblər. V.Borisovu almaq istəyənlər arasında istedadlı futbolçunu əldə etmək ümidlərini itirməyən Portuqaliya kollektivləri də var. Buna baxmayaraq, yaxın vaxtlarda mümkün transferin həyata keçirilmə ehtimalı azdır, belə ki, "Araz" Dünya çempionatının elit mərhələsinə çıxaraq, yarışda uğurla çıxış edir. Bu halda Xorvatiyada seçmə turniri zamanı Azərbaycan çempionu hər üç görüşdə qalib gələrək, yüz faizlik nəticə nümayiş etdirib.