...

Dünya Azərbaycanlıları Konqresinin dekabr ayına təyin edilmiş qurultayı təxirə salındı

Cəmiyyət Materials 1 Noyabr 2006 13:22 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin bu il dekabr ayına təyin edilmiş qurultayı təxirə salındı. Bu barədə Trend ə DAK-ın Bakı ofisindən məlumat verilib.

Qurultayın təxirə salınmasının səbəbi həm hazırlıqla bağlı təşkilati işlərin çatdırılmaması, həm də Avropada siyasi vəziyyətin hələlik bu qurultayın keçirilməsi üçün əlverişli olmaması ilə izah edilib.

Qeyd edək ki, DAK-ın IX qurultayın dekabrın 9-10-11-də Brüsseldə keçirilməsi planlaşdırılırdı. DAK-ın Məclisinin və Sədr Aparatının iclasında qurultayın təxirə salınmasvə gələn ilin may ayında keçirilməsi barədə qərar çıxarılıb.

DAK-dan bildirilib ki, 2007-ci ilin may ayına qədər konqresin xarici ölkələrdə müxtəlif tədbirləri, Güney Azərbaycan və Dağlıq Qarabağ məsələləri ilə əlaqədar simpoziumları, həmçinin etiraz aksiyaları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti