Azərbaycan qadın voleybol yığmasının forvardı Natalya Məmmədova Yaponiya dünya çempionatının oynanılmış iki turundan sonra ən yaxşı hücumçular arasında 3-cü yerdədir.
Trend in xəbər verdiyi kimi, rəsmi statistikaya görə, idmançı Çin və Rusiya ilə keçirilmiş iki görüşdən sonra 43 xal toplayıb. 37 yoxlama bal hücumların, yerdə qalan ballar isə uğurlu blok və top qəbulunun payına düşüb. Hazırda Natalya amerikalı Taiba Hanef, rusiyalı Lyubov Şaşkova, Yekaterina Qamova və bir çox digər hücumçuları qabaqlayır.
Hücumçular arasında liderliyi amerikalı Nensi Metkilf əldə edib. Onun ardınca isə qazaxıstanlı Yelena Pavlova gəlir.