...

Azərbaycanlı həndbolçular Həştərxan turnirində qələbə qazanıb

Cəmiyyət Materials 3 Noyabr 2006 11:12 (UTC +04:00)

Azərbaycanın həndbol yığması Həştərxanda keçirilmiş "Həndbol günü" beynəlxalq turnirində (U-16) qələbə qazanıb.

Trend in xəbər verdiyi kimi, yarış çərçivəsində Yelena Nemaliyevanın yetirmələri meydança sahibləri və Volqoqrad komandası ilə iki görüş keçirib və qalib gəlib. Rusiya çempionatının yüksək liqasında çıxış edən "Astraxanoçka-2" klubu qonaqların potensialını görərək, onlara bir neçə yoxlama görüşü keçirməyi təklif edib. Azərbaycanlı həndbolçular 4 görüşdən birini qələbə ilə başa vurub. Daha sonra isə Rusiya kollektivinin skautları bir neçə oyunçu ilə maraqlanıb.

Maraqlıdır ki, turnirdə iştirak yığma üçün ilk beynəlxalq təcrübə olub və hazırda komanda Avropa birinciliyinin seçmə turnirində iştirak etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti