...

Azərbaycan voleybolçuları dünya çempionatında ilk qələbələrini qazandılar

Cəmiyyət Materials 3 Noyabr 2006 18:36 (UTC +04:00)

Azərbaycanın voleybol üzrə qadın yığması Yaponiyada keçirilən dünya çempionatında ilk qələbələrini qazanıb.

Trend -in verdiyi məlumata görə, Faiq Qarayevin yetirmələri qrup mərhələsinin üçüncü turu çərçivəsində Dominikan Respublikasını 3:1 hesabı ilə məğlub edib. Baxmayaraq ki, görüş yerli idmançılar üçün heç də yaxşı başlamayıb, rəqib birinci hissədə 25:21 hesabı ilə qələbə qazanıb. Lakin fasilədən sonra komanda özünü toplaya bilib və Nataliya Məmmədovanın hücumdakı bir çox uğurlu hərəkətlərindən sonra o, ikinci mərhələnin qalibi olub (25:21), daha sonra elə həmin nəticə ilə üçüncü hissədə də qələbə çalıb.

Dördüncü set də 7 topla irəlidə olan azərbaycanlı valeybolçuların üstünlüyü ilə keçib. Dominikanlılarsa öz oyunlarını heç bir yolla qaydaya sala bilməyib və böyük hesab fərqi ilə - 14:25 geridə qalıblar.

Xəbər lenti

Xəbər lenti