...

Azərbaycanın Səhiyyə Nazirliyi ərzaq məhsulları üzrə reydlər keçirir

Cəmiyyət Materials 9 Noyabr 2006 17:55 (UTC +04:00)

10- 31 oktyabr 2006-cı il tarixlərdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi laborator araşdırmalar aparıb. Trend in mərkəzə istinadən xəbər verdiyi kimi, fiziki-kimyəvi göstəricilərinə görə 2 süd və süd məhsulları, 3 qənnadı məhsulu, 33 çörək və un, 18 spirtsiz içkilər, 2 spirtli içkilər, 27 balıq məhsulu, 7 digər məhsullar, mikrobioloji göstəricilərinə görə 24 balıq, 30 çörək və un, 3 qənnadı, 12 su nümunələri, toksikoloji göstəricilərinə görə 148, radioloji göstəricilərinə görə isə 34 ərzaq məhsulu nümunəsi müayinə olunub.

Müayinə olunmuş 2 balıq nümunəsi mikrobioloji və 2 spirtli içki fiziki-kimyəvi göstəricilərinə görə qüvvədə olan normalara cavab verməyib.

104 çeşiddə ərzaq məhsullarının gigiyenik sertifikatlaşdırılması təmin olunub.

Ərzaq məhsullarının istehsalı, saxlanması, daşınması, satışı zamanı sanitariya qaydalarını pozan 39 fiziki və hüquqi şəxs cərimə olunub.

Sanitariya-gigiyenik və sanitariya-texniki normalara əməl etmədiklərinə görə 4 obyektin fəaliyyəti müvəqqəti dayandırılıb. Obyektlər Binəqədi, Xətai rayonları və digər ərazilərdə yerləşir.

Bakı şəhəri üzrə 328 kq soyuq hisə verilmiş "skumbriya" balığı məhv edilib.

Cari dövrdə 43 qida zəhərlənməsi hadisəsi baş verib, zərərçəkənlərin sayı 37 nəfər olub, ölüm hadisəsi baş verməyib. Zəhərlənmələrin səbəbləri araşdırılıb, zəhərlənən şəxslərə müalicə-profilaktika müəssisələrində tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti