...

2007-ci ildə Azərbaycanın dövlət büdcəsi AzTV-yə sərmayə qoyacaq

Cəmiyyət Materials 15 Noyabr 2006 16:10 (UTC +04:00)

2007-ci ildə dövlət AzTV dövlət telekanalına sərmayə qoymaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə noyabrın 15-də Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir gün əvvəl parlamentdə 2007-ci ildə dövlət büdcəsindən İctimai televiziyaya (İTV) nisbətən AzTV-yə daha çox vəsaitin ayrılması ilə bağlı qaldırılan məsələni şərh edərkən məlumat verib.

Onun sözlərinə görə, 2005-ci ildə İTV üçün büdcədə 17 mln. AZN ayrılıb, bundan 5 mln. əməkdaşların əmək haqqısı, telekanalın inkişafı və digər məqsədlər üçün, 12 mln. AZN isə - televiziyanın yaranmasına dövlət sərmayəsi qismində nəzərdə tutulub. 2006-cı ildə İTV üçün ayrılmış vəsaitlərin ümumi həcmi 11 mln. AZN təşkil edib, bundan 6 mln. - əmək haqqı, 5 mln. isə - kanalın inkişafı üçün dövlət sərmayəsi qismində nəzərdə tutulub. 2007-ci ildə isə dövlət İTV üçün avadanlığın alınması və digər məqsədlər üçün sərmayə qoyuluşunu dayandırır, belə ki, lazım olan hər şey artıq alınıb. Lakin bu halda, digər məqsədlər üçün ayrılan vəsait 1,5 mln. AZN artır.

Beləliklə, Ə.Həsənov əlavə edib ki, dövlətin İTV üçün ayırdığı vəsaitlərin həcminin azaldılması doğru deyil. O vurğulayıb ki, sadəcə olaraq gələn il dövlət televiziyasının inkişafı üçün sərmayələr ayrılacaq.

Xəbər lenti

Xəbər lenti