...

Noyabrın 20-də pianoçu Murad Hüseynovun konserti olacaq

Cəmiyyət Materials 20 Noyabr 2006 17:09 (UTC +04:00)

Bu gün saat 19:30-da "ÜNS" teatrında tanınmış Azərbaycan pianoçusu Murad Hüseynovun konserti olacaq.

Trend xəbər verir ki, o, bu axşam fransız bəstəkarlarının əsərlərini ifa edəcək.

Qeyd edək ki, "ÜNS" teatrı gənc olmasına baxmayaraq, respublikanın ən populyar teatral və konsert müəssisələrindən birinə çevrilir. Onun uğurları arasında ən başlıcası budur ki, "ÜNS" texniki cəhətdən, bəlkə də, ölkənin ən yaxşı, ən yüksək dünya standartlarına uyğun avadanlıqlarla təchiz olunmuş teatrıdır.

Xəbər lenti

Xəbər lenti