...

Futbolçu Nazim Süleymanov Rusiya klublarından dəvət alıb

Cəmiyyət Materials 22 Noyabr 2006 18:07 (UTC +04:00)

90-cı illərdə Azərbaycanın futbol üzrə yığmasının kapitanı və "Xəzər-Lənkəran" klubunun keçmiş baş məşqçisi Nazim Süleymanov Rusiyanın birinci divizionuna daxil olan iki futbol klubundan məşqçi fəaliyyəti üçün eyni vaxtda dəvət alıb.

Trend -in məlumatına görə, birinci diviziona daxil olan klublar arasında Rusiya futbol çempionatı bu yaxınlarda başa çatıb və bir çox komandaların rəhbərləri baş məşqçilərin qarşılarına qoyulan tapşırıqları yerinə yetirmələrindən razı deyillər, yeni namizədlər axtararaq onların xidmətlərindən imtina edirlər. Nazim Süleymanov onlardan biri olub. N.Süleymanovun özü hələ heç bir komandanın xeyrinə qəti seçim etmədiyinə əsaslanaraq bu informasiyanı dəqiqləşdirməkdən boyun qaçırıb.

Xəbər lenti

Xəbər lenti