Azərbaycanın dövlət strukturlarındakı boş yerlər üçün imtahanda 1613 namizəddən 307-si ikinci tura keçib. Bu haqda Trend -ə "Dövlət xidməti haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq imtahan keçirilməsi ilə məşğul olan Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat veriblər.
Azərbaycanın Baş Prokurorluğundakı boş yerlər üçün keçirilən imtahanda lazım olan balı 545 namizəddən 303-ü toplayıb.
Dövlət xidməti üçün imtahanlarda ikinci tura bütün namizədlərdən cəmi 4 nəfər keçib- ikisi Vergilər Nazirliyinə, ikisi isə Hesabat Palatasına. Qalan namizədlər lazım olan balı toplaya bilməyiblər. Xatırladaq ki, imtahanlarda namizədlər 80 ballı toplamalı idilər.
Dövlət Komissiyasının məlumatına əsasən bu dövlət strukturlarının hər biri müvafiq olaraq 80, 10, 20, 37, 19, 15 və 20 boş yer ayırıb. İmtahanlar 2 mərhələdə keçiriləcək. Lazımi balı toplayanlar (60-80) imtahanın ikinci turuna- müsahibəyə buraxılacaq.