Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Azərbaycan nəzminin müasir dərki" mövzusunda xalq şairi Səməd Vurğunun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Trend AMEA-ya istinadən məlumat verir ki, tədbiri institutun direktoru, akademik Bəkir Nəbiyev giriş nitqi ilə açıb və Azərbaycan nəzmində şairin yaradıcılığının əhəmiyyətini qeyd edib.
Sonra "XX əsrin nəzmində ədəbi obraz faktoru" mövzusunda məruzə ilə Şirindil Əlişanlı çıxış edib, eyni zamanda Safurə Quliyeva, Sara Osmanlı, Mail Dəmirli, Aslan Salmanov və başqaları şairin yaradıcılığından danışıblar.
Tədbirdə şair Səməd Vurğunun qızı Aybəniz Vəkilova iştirak edib.