...

Dekabrın 4-də Moskvada Azərbaycan gənclərinin piketi keçirildi

Cəmiyyət Materials 5 Dekabr 2006 15:25 (UTC +04:00)
Dekabrın 4-də Moskvada Azərbaycan gənclərinin piketi keçirildi

Dekabrın 4-də Moskva Beynəlxalq Musiqi Evinin (MBME) yanında azərbaycanlı gənclərin - Azərbaycan Gənclərinin Koordinasiya Şurası (AGKŞ) fəallarının növbəti erməni təxribatına - MBME-də "Qolosa Artsaxa" qrupunun konsertinin keçirilməsinə qarşı etiraz aksiyası keçirilib.

Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir ki, etiraz edənlər iki böyük avtobusda və təxminən 10 minik avtomobilində piket yerinə gəliblər. Beləliklə, piket iştirakçılarının sayı təxminən 150 nəfər təşkil edib. Qeyd edək ki, piketə Moskva şəhəri Mərkəzi inzibati dairənin prefekturası tərəfindən icazə verilmədiyindən, məhz həmin gün əvvəlcədən milislər oranı mühasirəyə almışdı. Prefektura icazə verməkdən imtina edərkən bir fakta əsaslanıb ki, "guya prefekturada "Qolosa Artsaxa" qrupunun qondarma "DQR"-i təmsil etmələri barədə heç bir məlumat yoxdur". Ona görə də avtobuslardan açıq bayraq və transparantlarla çıxmaq haqqında qərar qəbul olunub. Piket başladıqdan 10-15 dəqiqə sonra milis əməkdaşları nümayişçiləri qovmağa başladılar, - nümayişçilərin daha fəal hissəsini isə artıq hazırlanmış milis avtobuslarına "dəvət etməyə" başladılar.

30-40 dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qalan iştirakçılardan dağılışmağı xahiş etdikdə, 30-40 nəfər saxlanılan şəxsi, o cümlədən Trend in xüsusi müxbirini aparan avtobus Moskva şəhəri "Zamoskvoreçye" şöbəsinə, Pyatnitskaya, 49 ünvanına yola düşüb. Bölmədə milis əməkdaşları bayraq və transparantları alıb, saxlanılan şəxsləri onlarda olan sənədlər üzrə qeydiyyata alıb. 4 saat milis şöbəsində olduqdan və saxlanılan şəxslərdən izahat alındıqdan sonra onları bir şərtlə buraxıblar ki, onlar RF İnzibati xətalar məcəlləsinin birinci hissəsi, 20.2-ci maddəyə əsasən, mitinqə çıxan hər kəsin inzibati xətalar haqqında işinin baxılması üçün Dünya Məhkəməsinə gələcəklər. Maddədə icazəsiz piket təşkilatçıları üçün əmək haqqının minimal həcminin 10-dan 20-yə qədər misli, iştirakçılar üçün isə ƏHMH-nin 5-dən 10-ə qədər misli həcmində cərimə nəzərdə tutulub. Xatırladaq ki, RF-də ƏHMH 100 rubldur. Məhkəmə Pyatnitskaya, 53 ünvanında Moskva vaxtı ilə saat 14.00-da keçiriləcək.

Qeyd edək ki, saxlanılan şəxslər milis əməkdaşlarına heç bir müqavimət göstərməyib, bölmədə özlərini Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun şəkildə aparıblar. Saxlanılan azərbaycanlıların böyük hissəsi Rusiya vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti