...

Azərbaycan dövlət qurumlarında boş yerlərə keçirilən imtahanlarda ikinci tura 278 iddiaçıdan 157 nəfər keçib

Cəmiyyət Materials 11 Dekabr 2006 16:02 (UTC +04:00)

Azərbaycan dövlət qurumlarında boş yerlərə keçirilən imtahanlarda ikinci tura 278 iddiaçıdan 157 nəfər keçib. Bu barədə Trend ə Tələbə qəbulu üzrə dövlət komissiyasından məlumat verilib. Komissiya "Ədliyyə orqanlarında Dövlət xidməti haqqında" Azərbaycan Respublikasının qanununa əsasən Ədliyyə Nazirliyi ilə birgə dekabrın 9-da ədliyyə orqanlarında işləmək istəyən şəxslər üçün test imtahanları keçirib.

Sənədlər Ədliyyə Nazirliyi tərəfindən 2006-cı il noyabrın 13-dən dekabrın 6-dək qəbul olunub. 278 namizəd ərizə verib. İmtahanda iddiaçılara 100 sualdan ibarət sual kitabçası verilib: 80 sual hüquqşünaslığın müxtəlif sahələrini əhatə edir (suallar Ədliyyə Nazirliyi tərəfindən tərtib olunub); 20 sual namizədlərin məntiqi təfəkkürünü yoxlamaq üçün nəzərdə tutulub (suallar TQDK tərəfindən tərtib olunub). Hüquqşünaslıq üzrə hər düzgün cavab 1 bal, məntiqi təfəkkür üzrə hər düzgün cavab isə - 0,5 bal qiymətləndirilib. 55 və daha yuxarı bal yığan iddiaçılar müsabiqənin növbəti mərhələsinə buraxılıblar.

Xəbər lenti

Xəbər lenti