...

Səhiyyə Nazirliyi Azərbaycan regionlarında qeyri-qanuni apteklər aşkar edib

Cəmiyyət Materials 13 Dekabr 2006 19:17 (UTC +04:00)

Azərbaycan Səhiyyə Nazirliyinin innovasiya və təchizat mərkəzinin əməkdaşları Qəbələ, Oğuz və Şəki rayonları ərazisində yerləşən apteklərdə reydlər keçirib. Bu barədə mərkəzin məlumatına istinadən Trend xəbər verir.

Bir sıra apteklərdə yoxlama nəticəsində vaxtı keçmiş dərmanlar aşkar edilib. Keyfiyyətin yoxlanılması üçün bizi dərmanlardan nümunələr götürülüb.

Rayonlarda 28 qeyri-qanuni fəaliyyət göstərən aptek müəssisəsi aşkar edilib. Aşkar edilmiş faktlar üzrə təhqiqatlar aparılır.

Xəbər lenti

Xəbər lenti