...

"ABU" həndbol klubunun liderləri Kuboklar kuboku yarışında "Qavr"a qarşı oynamayacaqlar

Cəmiyyət Materials 21 Dekabr 2006 14:52 (UTC +04:00)

"ABU" qadın həndbol klubu Kuboklar Kubokunun üçüncü raundu ərəfəsində, yanvarın əvvəlində keçiriləcək görüşdə üç oyunçudan məhrum olacaq.

Trend xəbər verir ki, Azərbaycanda karyerasını başa vuran oyunçular Nino Tevtevadze, Yekatrina Jijiaşvili və Oksana Şevçik komandaya kömək edə bilməyəcəklər. Komandanın əsas hücumçusu olan Nino ailə məsələləri ilə əlaqədar idmanla vidalaşmaq niyyətindədir, yaxınlarına daha çox vaxt ayırmaq istəyir. Digər iki oyunçuya gəlincə, "ABU"nun baş məşqçisi Qeorgiy Voronov hesab edir ki, onların səviyyəsi kollektivin səviyyəsinə uyğun gəlmir, ona görə onların xidmətindən daha istifadə etmək fikrində deyil.

Xatırladaq ki, Avropa Kubokunun üçüncü raundunda komanda Fransanın "Qavr" komandaısı ilə iki gorüş keçirməlidir.

Xəbər lenti

Xəbər lenti