...

Bu gün azərbaycanlı zəvvarları aparan növbəti iki təyyarə Səudiyyə Ərəbistanına yola düşüb

Cəmiyyət Materials 21 Dekabr 2006 15:55 (UTC +04:00)

Bu gün azərbaycanlı zəvvarları aparan növbəti iki təyyarə Səudiyyə Ərəbistanına yola düşüb. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdlarəsindən (QMİ) xəbər veriblər.

Təyyarələrin hər birində təxminən 250 zəvvar olub. QMİ-dən bildiriblər ki, zəvvarlar olan son iki təyyarə 23 və 24 dekabrda yola düşəcək.

QMİ nümayəndəsinin sözlərinə görə, azərbaycanlı zəvvarlar olan ilk avtobus karvanı artıq Səudiyyə Ərəbistanına yaxınlaşır. İkinci karvan isə Suriyadadır.

İdarədən onu da bildiriblər ki, bütün zəvvarlar sağ və salamatdırlar, özlərini yaxşı hiss edirlər və müqəddəs mərasimə hazırlaşırlar.

Xatırladaq ki, bu il 4500 Azərbaycan vətəndaşı Həcc ziyarəti həyata keçirir, təxminən 700 yer ziyarəti təşkil etmək üçün lisenziyası olan özəl turist şirkətlərinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti