...

Azərbaycanda soyuq hava şəraiti dekabrın axırınadək davam edəcək

Cəmiyyət Materials 22 Dekabr 2006 18:53 (UTC +04:00)

Azərbaycanda yağışlı, soyuq və qeyri-sabit hava şəraiti dekabrın 27-dək davam edəcək. Dekabrın 23-də gün ərzində və dekabrın 25-də gündüz yağış və bəzi yerlərdə sulu qar gözlənilir.

Dekabrın 21-22-də Azərbaycan ərazisində hava şəraiti yağışlı və qeyri-sabit keçib. Dağlıq bölgələrdə qar müşahidə olunub, bəzi yerlərdə isə daha intensiv xarakter alıb.

Ekologiya və təbii sərvətlər nazirliyinin milli hidrometerologiya departamentinin proqnozlar bürosunun rəhbəri Umayra Tağıyevanın Trend ə verdiyi xəbərə görə, yağıntının miqdarı Lənkəranda 43 mm, Astarada 27 mm, Zaqatalada 16 mm, Göytəpədə 11 mm, Abşeron yarımadasında 1-5 mm, Daşkəsən-Gədəbəy zonasında-0,0-0,2 mm, Qazax-Gəncədə 00-0,3mm, Böyük Qafqazda 0,4-6 mm, Mərkəzi-Aran zonalarında 0,3-1 mm-yə çatmışdır.

Qar örtüyünün hündürlüyü Qubada 3 sm, Gədəbəydə, Qəbələdə 2 sm, Zaqatalada 1 sm olub, Xanlar, Göyçay, Lerik və Daşkəsəndə duman müşahidə olunub. Biləsuvarda şimal-qərb küləyi 15 m/s-yə qədər, Abşeron yarımadasında 20-27 m/s-yə qədər güclənib.

"Neft Daşları" stansiyasından verilən məlumata görə, dənizdə dalğanın hündürlüyü 3,6 metr olub. Azərbaycanın aşağı rayonlarında havanın temperaturu 1 dərəcə şaxta, dağlıq bölgələrdə 2-7 dərəcə şaxta təşkil edib.

Xəbər lenti

Xəbər lenti