...

"İnter" futbol klubu "Xəzər"in müdafiəçisi ilə müqavilə bağlayacaq

Cəmiyyət Materials 26 Dekabr 2006 13:25 (UTC +04:00)

"İnter" futbol klubu "Xəzər"in müdafiəçisi, lənkəranlıların əsas heyətinə düşməyən Mikayıl Namazovun transfer olması barədə razılıq əldə edib.

Trend xəbər verir ki, güclü rəqabət olduğundan oyunçu ölkə çempionunun sıralarında az oyun praktikası keçirir və əksərən ehtiyatlar skamyasında oturmağa məcbur olur. Ona görə "Xəzər" rəhbərliyi qüvvədə başqa bir razılaşma olduğu halda, Azərbaycanın gənclər yığmasının eks-kapitanının istəyinə zidd getməyərək razılıq verib. Yaxın zamanda komandanı gücləndirməyə imkanı olan M.Namazovda maraqlı olan "İnter"in futbolçu ilə bir illik kontrakt bağlayacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, milli birinciliyin birinci dövrəsi bitdikdən sonra "İnter" ukraynalı qapıçı Oleq Ostapenko, onun həmyerlisi Sergey Konovalov və rumıniyalı Marius Şuleapınin xidmətlərindən imtina eməyə qərar verəcək.

Xəbər lenti

Xəbər lenti