...

Əshabi-Kəhf ziyarətgahında əsaslı yenidənqurma işləri başa çatıb

Cəmiyyət Materials 29 Dekabr 2006 18:07 (UTC +04:00)

Əshabi-Kəhf ziyarətgahında aparılan yenidənqurma və bərpa işləri başa çatıb. Trend in Naxçıvan Bürosu bu barədə Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsinin məlumatına istinadən xəbər verir. Ötən müddət ərzində isə ziyarətgahda köhnə köşklər arxitektura baxımından yeniləri ilə əvəz edilib.

Adıçəkilən təşkilatdan Trend ə bildiriblər ki, ziyarətgahın bərpasına may ayından başlanılıb. Bərpa müddəti ərzində isə dini-tarixi abidə kompleksində hər biri 20 nəfərlik olmaqla 21 ədəd köşk quraşdırılıb. Bundan əlavə qonaq evi inşa edilib, bələdçi otağı tikilib. Bəzi yerlərdə -qayalar arasında qar və yağış sularının yığılıb saxlanılması üçün xüsusi su mənbəyi də yaradılıb, hər biri 10 tonluq olmaqla iki su çəni qoyulub.

Xəbər lenti

Xəbər lenti