...

"Qarabağ"ın baş məşqçisi gələcəyin komandasını quracaq

Cəmiyyət Materials 9 Yanvar 2007 12:46 (UTC +04:00)

"Azərbaycanın cari çempionatında yüksək nəticələr əldə etmək "Qarabağ" üçün həddindən artıq çətin olacaq". Bu barədə komandanın baş məşqçisi Rasim Qara komandanın hazırkı mövsümdə perspektivlərini şərh edərkən bildirib.

Kollektivin rəsmi saytına istinadən Trend xəbər verir ki, məşqçi bildirib ki, əsas məqsəd gələcəyin komandasını yaratmaqdır. Mütəxəssis qeyd edib: "İkinci dövrədə biz cəmi 12 görüş keçirəcəyik, ona görə birinciliyin liderlərinə çatmaq çətin olacaq. Bu məqsədlə yetişməkdə olan nəslin hazırlanması üçün elə baza yaratmaq lazımdır ki, artıq bir neçə vaxtdan sonra səmərəsini göstərə bilsin".

Xatırladaq ki, "Qarabağ" komandası artıq 1/8 final mərhələsində Azərbaycan Kuboku uğrunda mübarizəni dayandırmağa məcbur olub.

Xəbər lenti

Xəbər lenti