...

BMT-nin Qadın Komitəsinin 37-ci sessiyasında Azərbaycan hökumətinin hesabatı dinləniləcək

Cəmiyyət Materials 11 Yanvar 2007 17:14 (UTC +04:00)

Nyu-Yorkda BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin 19-27 yanvarda keçiriləcək 37-ci sessiyasında Azərbaycanın hökumət nümayəndələri də iştirak edəcək. Bu barədə Trend ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sessiyada BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyası üzrə Azərbaycan Respublikası hökumətinin 2-ci və 3-cü dövri hesabatı dinləniləcək. Azərbaycan Prezidentinin sərəncamına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesabatın təqdimatında iştirak edəcək nümayəndə heyətinin rəhbəri təyin olunub. Nümayəndə heyətinin tərkibinə hökumət və qeyri-hökumət təşkilarının nümayəndələri daxildir.

Xəbər lenti

Xəbər lenti