...

"Xəzər" futbol klubu bolqar legionerlə vidalaşıb

Cəmiyyət Materials 17 Yanvar 2007 12:45 (UTC +04:00)

"Xəzər" futbol klubu son iki ildə lənkəranlılar üçün mübarizə aparmış bolqar legioner Martin Stankovla vidalaşıb.

Trend xəbər verir ki, futbolçu ailə vəziyyəti ilə əlaqədar Azərbaycanda karyerasını dayandırmaq qərarına gəlib və "Xəzər" rəhbərliyi razılaşıb. Klubla danışıqlardan sonra M.Stankov vətəninə qayıtmaq qərarına gəlib və onun bu addımı qızıl medallar qazınlmasına yaxın olan ölkə çempionatının liderləri tərəfindən tam anlayışla qəbul edilib.

Qeyd edək ki, aparıcı yarımmüdafiəçi qısamüddətli yeni ilə məzuniyyətindən sonra Ağasəlim Mircavadovun rəhbərliyi altında cəmi 3 gün məşq edib və BƏƏ-də keçirilən təlim-məşq toplantılarına qatılmayıb.

Xəbər lenti

Xəbər lenti