...

Azərbaycanın Ali Məhkəməsinin sədri Strasburqda işgüzar səfərdədir

Cəmiyyət Materials 20 Yanvar 2007 12:19 (UTC +04:00)

Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayev Strasburqda işgüzar səfərdədir. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Ramiz Rzayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) sədri Jan-Pol Kosta ilə görüşüb və Azərbaycanın ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatlar, qanunvericilik bazası, İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı barədə məlumat verib.

R.Rzayev bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan dilinə tərcümə edilib, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəaları ölkəmizin məhkəmələri tərəfindən araşdırılır, hakimlər test üsulu ilə seçilir, yeni Ali Məhkəmə binası tikilir, vəkillərin müstəqilliyi təmin olunur.

Jan-Pol Kosta Azərbaycanın ədliyyə-məhkəmə sistemindəki müsbət dəyişiliklərin, islahatların vox yüksək qiymətləndirildiyini qeyd edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri rəhbərlik etdiyi qurumla Azərbaycan Respublikasının Ali Məhkəməsi arasında mövcud münasibətlərdən məmnun olduğunu bildirib.

Görüşdə ikitərəfli əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti