...

Azərbaycan ali məktəblərinin 186 bakalavrı MBA beynəlxalq proqramı üzrə magistraturalara qəbul imtahanlarının ikinci turunu keçib

Cəmiyyət Materials 29 Yanvar 2007 18:53 (UTC +04:00)

MBA (Master of Business Administration) beynəlxalq proqramı üzrə ali məktəb magistraturalarına sənəd verən 460 bakalavrdan 186-ı imtahanların ikinci turunu keçib. Bu barədə Trend ə sənəd qəbulunu təşkil edən Tələbə Qəbulu Dövlət Komissiyasından xəbər veriblər.

MBA proqrammı ilə 204 yer ayrılıb ki, təhsil Azərbaycan Dövlət neft Akademiyasında, Azerbaycan Dövlət İqtisad Universitetində, "Odlar Yurdu" universitetində, Qərb Universitetində, Qafqaz Universitetində, Xəzər Universitetində aparılacaq, magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar sənəd veriblər.

İmtahanlar yanvarın 28-də keçirilib. Bakalavrlara 100 test tapşırığı təqdim olunub. 50 test tapşırığı məntiqi təfəkkürü, 20-si xarici dili, 30-u isə ixtisas üzrə bilikləri yoxlayır. İkinci tura imtahanda 50 baldan az yığmayan bakalavrlar buraxılıb. Bu turda bakalavrlar ingilis dili üzrə təqdim olunmuş sualların minimum 40%-ə cavab verməlidir.

Xəbər lenti

Xəbər lenti