...

"Nota Bene" qəzetinin yazarı məhkəmə zalında həbs edildi

Cəmiyyət Materials 30 Yanvar 2007 15:24 (UTC +04:00)

Yanvarın 30-da Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi "Nota Bene" qəzetinin yazarı Fərəməz Novruzoğlunun 2 il müddətinə həbs olunması ilə əlaqədar hökm çıxarıb. Bu barədə Trend ə Nərimanov Rayon Məhkəməsindən məlumat verilib.

2006-cı ilin dekabr ayında daxili işlər naziri Ramil Usubov və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "Nota Bene" qəzetində şərəf və ləyaqətlərinin təhqir edilməsi iddiası ilə qəzetin təsisçisi İlham Tumas, baş redaktor Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Novruzoğlu barəsində xüsusi ittiham qaydasında müraciət ediblər.

Məhkəmə baş redaktor Sərdar Əlibəyli barəsində 1 il 6 ay müddətinə islah işləri cəzası, yazar Fərəməz Novruzoğlu barədə isə 2 il müddətinə həbs cəzası kəsib. Qəzetin təsisçisi İlham Tumas barədə cinayət işinə isə xitam verilib. Fərəməz Novruzoğlu məhkəmə zalında həbs edilib.

Xəbər lenti

Xəbər lenti