...

Aşura Azərbaycanda talassemiyalı xəstələr üçün qan verilməsi ilə qeyd olunub

Cəmiyyət Materials 30 Yanvar 2007 16:17 (UTC +04:00)

Bütün İslam aləmində olduğu kimi, bu gün Azərbaycanda da müsəlmanların müqəddəs ayı Məhərrəm ayının əsas hadisəsinin ildönümü - Aşura qeyd edilib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend ə bildiriblər ki, bu gün bütün məscid və digər müqəddəs yerlərdə xüsusi matəm tədbirləri keçirilib.

Azərbaycanda əksər möminlər Təzə Pir və Əjdər, Nardaran və Bibiheybət məscidlərində olublar. Matəm mərasimi hələ keçən gecədən başlayıb və "Quran"dan dualar oxunması ilə müşayiət olunub. Ölkənin böyük məscidlərində talassemiyalı xəstələr üçün könüllü qan verilməsi təşkil olunub.

Xatırladaq ki, yaxın günlərdə QMİ sədri Şeyxüslam Hacı Allahşükür Paşazadə ölkənin bütün müsəlmanlarına müraciət edərək dini matəm mərasimini dinc şəraitdə, özünə zərər vuraraq qan çıxarmamaq, müqəddəs yerlərdə asayişi qorumaq şəraitində keçirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti