...

"AzərReyl" voleybolçuları CEV-dən mükafatları "Foppapedretti" ilə oyundan əvvəl alacaqlar

Cəmiyyət Materials 31 Yanvar 2007 15:31 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" klubunun voleybolçuları Avropa Konfederasiyasından (CEV) fərdi mükafatları fevralın 14-də keçiriləcək Çempionlar liqasının Berqamodan olan "Foppapedretti" ilə pley-off oyunundan əvvəl alacaqlar.

Trend xəbər verir ki, birdən-birə üç oyunçu müxtəlif nominasiyalarda fərdi mükafatların sahibi olub. Belə ki, Natalya Məmmədova ardıcıl olaraq üçüncü dəfə öz karyerasında ən yaxşı hücumçu, Valeriya Korotenko Avropa kubokunun qrup mərhələsinin ən yaxşı liberosu, Kseniya Kavalenko isə - ən yaxşı blokadaçı olub. Həm də K.Kavalenko komanda üzrə rəfiqələrindən fərqli olaraq, dekretə çıxdığından "Foppapedretti"yə qarşı oynaya bilməz.

Qeyd etmək lazımdır ki, hazırda "AzərReyl" Türkiyədə təlim-məşq hazırlıqlarındadır.

Xəbər lenti

Xəbər lenti