...

Xocalı soyqırımının ildönümü Türkiyənin şəhərlərində qeyd olunacaq

Cəmiyyət Materials 19 Fevral 2007 14:16 (UTC +04:00)

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən 20-26 fevral 2007-ci il tarixlərində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı şəkillər və şahidlərin ifadələrindən ibarət sənədlərin nümayiş etdiriləcəyi sərgilər təşkil olunacaq. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sərgilərin əsasən üç şəhərdə - İstanbul, Kocaeli və İzmirdə keçirilməsi nəzərdə tutulub. Tədbirlərin sonuncu günündə isə Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi-praktik konfrans təşkil ediləcək. Konfransda İstanbul Universitetinin iqtisadiyyat fakültəsinin dekanı professor Salih Aynuralp, habelə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və digər elm adamlarının çıxışı nəzərdə tutulub. Tədbirin sonunda isə mətbuat nümayəndələrinin iştirakı ilə dünya ictimaiyyətinə Xocalı soyqırımına və Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinə obyektiv qiymət verilməsini tələb edən müraciətin qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti